Logo

ADU-nun təcrübəçi tələbələri tərəfindən Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib - FOTO

27.02.2023 22:17 948 baxış
IMG

Azərbaycan Dillər Universitetinin Xarici Dillərin Tədrisi Metodikası kafedrasının dosenti Qələmşah Heybətovun rəhbərliyi ilə təcrübəçi tələbələr və 159 saylı tam orta məktəb şagirdlərinin birgə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.

ADU-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə Xocalı faciəsinin qurbanları haqqında məlumat verilib, soyqırımla bağlı videoçarx nümayiş etdirilib.

 Sonra təcrübəçi tələbələrin və şagirdlərin birgə hazırladıqları kompozisiya ilə davam edib.

Sonda "Xarı bülbül" mahnısı səsləndirilib.

Xəbər lenti